Sovet ittifaqına son qoyulduqda və ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünü göstərən problemlər mövcudluğunu qoruyub saxladı. Belə ki ölkə daxilində hərc-mərclik özbaşınalıq, orduda baş alıb gedən özbaşınalıq, vətəndaş müharibəsi, hakimiyyət çəkişmələri Azərbaycanın müstəqilliyini dadmağa imkan vermədi. Yeni Azərbaycanı qurub yaratmaq üçün yeganə güc, ömrünü ölkəsinin rifahına həsr etmiş Ulu öndər Heydər Əliyev tərəfindən mümkün oldu. 1992- ci ilin 21 noyabr tarixində yeni Azərbaycan qurucusu və memarı olan Ümummilli liderin sədirliyi ilə ölkənin həyatında önəmli rol oynayacax partiya - Yeni Azərbaycan Partiyası yaradıldı. Bu partiya 5500 nəfərin iştirakı ilə Naxçıvanda qurulan və müəyyən edilən partiya ilə ilk gündən bu yana Azərbyacanın inkişafına xidmət edir. Yeni Azərbaycan partiyasının rəmzi olan göy rəngli dəfnə ağacı Azərbaycanın rəngliyini, rifahını, xoşbəxtliyini, azadlığını, dostluğunu ifadə edir. Dəfnə ağacının ortasında qızılı rəngdə 8 guşəli ulduzlar var. Ulu Öndər çıxışlarında demişdir Partiyaya hər kəs könüllü, öz vicdanıynan, öz qəlbiynən gəlməlidir. Və hamı bilsin ki, bu partiya saflıq, say mənəviyyat üzərində qurulmuş bir inkişafyönümlü düşüncəsinə sadiq qalmaq gələcəyə doğru inamla addımlayır. Partiyanın şəhər və rayon təşkilatları isə Azərbaycançılıq ideologiyasına və vahid siyasi iradəyə xidmət edir. Hazırda yeni Azərbaycan partiyası sədri Prezident İlham Əliyevdir. Yeni Azərbaycan partiyasının 30 illiyi xoş günə təsadüf edirki, Ali baş komandanın rəhbərliyi altında Azərbaycan əsgəri 30 ildən çox işğalda olan Azərbaycan torpaqlarını azad edib. Yeni Azərbaycan Partiyasının üzvləri özünün yaranmasının 30 illiyini, həm də qələbə gününü qeyd edir. Azərbaycan partiyası, Azərbaycan xalqının dönüş və xilasgarı olub və olacaqqdır. 30 il ərzində Azərbaycan xalqı uğurlarında məhz bu partiyanın rolu olubdur. Qələbə zəfər bayramımız noyabrın 8–də qeyd edilib və partiyanın da 30 illiyi həmin ərəfədə keçirilib. 30 ildə bu qələbələrin qazanılması üçün yuxusuz gecələr oldu və 2023-cü ilə qədər Heydər Əliyev və onun laiqli davamçısı İlham Əliyev oldu. Yeni Azərbaycan partiyası xalqımızın bu günü sabahının, xoşbəxt gələcəyinin partiyasıdır. Xalqımızın bu gününün, sabahının xoşbəxt gələcəyinin partiyasıdır. Lider dövlətin lider partiyası, Yeni Azərbaycan partiyası. Yaşasın prezidentimiz ! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!Tamilla Quliyeva, Xocalı rayon ziyalısı